Dövlət büdcəsinin gəlirləri 20 milyard manata yaxınlaşdı

2025-ci ilin ilk altı ayında xəzinədarlıq orqanları tərəfindən 690 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə artıqlaması ilə icra olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, cari ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri 19 803.9 milyon manat təşkil edib ki, bu da altıaylıq proqnozu 704.8 milyon manat və ya 3.7 faiz üstələyib.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 703.7 milyon manat təşkil edərək proqnozdan 466.4 milyon manat və ya 5.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 091.1 milyon manat təşkil edərək proqnozdan 4.1 milyon manat və ya 0.1 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21.9 milyon manat təşkil edərək proqnozdan 5.1 milyon manat və ya 30.3 faiz, Dövlət Neft Fondundan transfert isə 7 240.5 milyon manat təşkil edərək proqnoza qarşı 100.0 faiz və sair daxilolmalar 434.6 milyon manat təşkil edərək proqnozdan 314.1 milyon manat və ya 3.6 dəfə çox icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 312.1 milyon manat təşkil edərək proqnozdan 84.9 milyon manat və ya 21.4 faiz az icra olunub.
Yanvar-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri isə 17 275.9 milyon manat proqnoza qarşı 17 095.6 milyon manat və ya 99.0 faiz səviyyəsində yerinə yetirilib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












