Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

2025-ci ilin 9 ayında xəzinədarlıq orqanları tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 142,4 milyon manat təşkil edib ki, bu da doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 455,8 milyon manat təşkil edərək proqnozdan 614,2 milyon manat və ya 5,2 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat təşkil edərək proqnozdan 8,2 milyon manat və ya 31,2 faiz, sair daxilolmalar 563,2 milyon manat təşkil edərək proqnozdan 304,4 milyon manat və ya 2,2 dəfə çox, Dövlət Neft Fondundan transfert isə 10 860,7 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 748,0 milyon manat təşkil edərək proqnoza qarşı 98,4 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 480,2 milyon manat təşkil edərək proqnoza qarşı 73,3 faiz icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin 9 ayı ərzində 24 668,2 milyon manat məbləğində icra edilib.
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq












