Dünya bundan danışır: Bu sizdədə olursa... – Sirri açıldı

Xəbərlər 3 Sentyabr 2026 13:11
Dünya bundan danışır: Bu sizdədə olursa... – Sirri açıldı
WhatsApp kanalımıza abunə olun

Son günlər sosial şəbəkələrdə insanların bədəninə qaşıq, çəngəl, qayçı və digər metal əşyaların yapışdığını göstərən videolar geniş yayılıb. Bunun Yerin elektromaqnit tezliyində baş verən dəyişiklik və sonuncu Günəş tutulması ilə əlaqəli olduğu barədə müxtəlif iddialar səsləndirilir.
Həqiqətən, insanların bədənində birdən-birə maqnitlik yarana bilərmi?

Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov deyib ki, bunun Yerin maqnit sahəsində dəyişiklik, Yerin “tezliyinin artması” və ya hər hansı astrofiziki hadisə ilə əlaqəsini təsdiqləyən heç bir elmi sübut yoxdur:

“İnsan orqanizmi maqnit deyil və birdən-birə maqnit xüsusiyyəti qazanması mümkünsüzdür. Əgər belə olsaydı, yalnız dəmir əsaslı ferromaqnit əşyalar yox, alüminium, mis, plastik və hətta şüşə kimi maqnitə cəlb olunmayan materiallar da yapışmazdı. Halbuki bu tip videolarda tez-tez müxtəlif materiallardan hazırlanmış əşyaların da “yapışdığı” görünür. Bu isə hadisənin maqnitlə deyil, əsasən dərinin səthi, sürtünmə qüvvəsi, dərinin rütubəti, yağlılığı və əşyanın ağırlıq mərkəzi ilə əlaqəlidir. Bəzən belə videolarda insanlar bədənlərini cüzi bucaq altında saxlayır və ya əşyaları elə yerləşdirirlər ki, onlar sürtünmə hesabına müəyyən müddət yerində qala bilir. Dərinin üzərinə talk pudrası (prisipka) çəkildikdə və ya səth qurudulduqda bu “effekt” adətən aradan qalxır. Bu da onun maqnit mənşəli olmadığını göstərir”.

Dosent bildirib ki, Yerin maqnit sahəsi həqiqətən zaman-zaman dəyişir:

“Günəş alışmaları və tac kütlə atılmaları nəticəsində geomaqnit qasırğaları baş verə bilər. Bu hadisələr əsasən peyk sistemlərinə, radio rabitəsinə, GPS naviqasiyasına və yüksək enliklərdə qütb parıltılarının yaranmasına təsir göstərir. Lakin insan orqanizmini maqnitə çevirməsi, bədənə metal əşyaların yapışmasına səbəb olması elmi cəhətdən əsaslandırılmayıb. Yəni bu hadisənin son zamanlar baş verən Günəş tutulması ilə də əlaqəsi yoxdur. Günəş tutulması zamanı yalnız Ay qısa müddətə Günəş işığını örtür. Bu hadisə ionosferdə və atmosferin yuxarı qatlarında müvəqqəti dəyişikliklər yaratsa da, Yerin maqnit sahəsini insanların maqnit xüsusiyyəti qazanacağı səviyyədə dəyişdirmir. Hazırda bu iddiaları təsdiqləyən heç bir etibarlı elmi dəlil mövcud deyil. Qeyd etdiyim kimi, əksər hallarda müşahidə olunan effekt sadə fiziki amillər – sürtünmə qüvvəsi, dərinin xüsusiyyətləri və əşyaların yerləşdirilmə üsulu ilə izah olunur”.
 

Oxunub : 138
ŞƏRH YAZ
Ad

E-mail

Şərh