Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO

Hadisə 3 Sentyabr 2026 12:56
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Yasamal rayonu, Xaqan Dadaşov küçəsində qanunsuz parklanma problemi yaşanır.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” səhifəsinə video göndərərək məlumat verib.

Kadrlardan göründüyü kimi, küçədə yerləşən Məşğulluq İdarəsinin və “Etalon” hospitalın qarşısındakı ərazi müxtəlif maneələrlə hasarlanıb. Nəticədə sakinlər və digər sürücülər həmin boş sahələrdən parklanma üçün istifadə edə bilmirlər.

Şikayətçinin sözlərinə görə, ərazi uzun müddətdir bu şəkildə zəbt olunub və demək olar ki, hər gün eyni mənzərə ilə qarşılaşırlar.

Qeyd edək ki, ümumi istifadədə olan yol kənarı ərazilərin qanunsuz şəkildə müxtəlif maneələrlə tutulması digər şəxslərin parklanma imkanlarını məhdudlaşdırır və şəhər infrastrukturundan ümumi istifadəyə maneə yaradır.

Məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi və ərazidə qanunsuz parklanmanın qarşısının alınması gözlənilir.

Nərmin

Oxunub : 254
ŞƏRH YAZ
Ad

E-mail

Şərh