Dünya çempionatında dava salan pilota ağır cəza verildi - VİDEO

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Tribunalı İtaliyanın Lonato şəhərində keçirilən kartinq üzrə dünya çempionatında baş vermiş kütləvi dava ilə bağlı qərarını açıqlayıb.
Report "Autosport"a istinadən xəbər verir ki, münaqişəyə səbəb olan Luka Korberi 15 il müddətinə FIA-nın bayrağı altındakı yarışlardan kənarlaşdırılıb.
Sürücünün vəkili bildirib ki, artıq İtaliya hökuməti məsələ ilə bağlı sanksiya tətbiq etdiyindən, Korberiyə eyni əsaslarla əlavə cəza verilə bilməz. Həmçinin o, toqquşmadan sonra maşını yarışdan kənarda qalan piltoun həmin vaxt hirsli olduğunu vurğulayıb.
Qeyd edək ki, insident ötən ilin oktyabrında yaşanıb. Final yürüşünün gedişində Luka Korberi 15-ci yer uğrunda Paolo İppolito ilə mübarizə aparıb. Onların maşınlarının bir-birinə təması nəticəsində Korberi yarışdan kənarlaşıb. Bundan qəzəblənən idmançı növbəti dövrədə İppolitonu gözləyərək, onun maşınını vurub.
Finişin ardından Korberi qapalı parka keçərək, rəqibinə hücum edib və onu yumruqlayıb. Davada pilotun atası atası da yaxından iştirak edib. İtaliyalı sürücünün köməyinə daha bir neçə nəfər gəlib. Yalnız ciddi cəhdlərdən sonra onu və tərəfdarlarını sakitləşdirmək mümkün olub.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












