Dünyada koronavirusa yoluxanların sayı 160 milyon nəfəri ötdü

Dünyada COVID-19-a yoluxma hallarının sayı 160 milyonu ötüb.
Bu barədə ayrı-ayrı ölkələrin statistikasında xəbər verilir. Belə ki, mayın 11-də təhlükəli infeksiyaya yoluxma hallarının sayı 160 21 129 təşkil edib.
Koronavirusa ən çox yoluxma sayı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 33 519 020 yoluxma aşkarlanıb.
Siyahıda sonrakı yerdə Hindistan (23 288 260 yoluxma), Braziliya (15 214 030), Fransa (5 780 379) qərarlaşıb. Türkiyədə koronavirusa 5 044 936, Rusiyada 4 896 842, Böyük Britaniyada 4 437 217, İtaliyada 4 116 287, İspaniyada 3 581 392, Almaniyada 3 538 927, Argentinada 3 165 121, Kolumbiyada 3 015 301, Polşada 2 838 180, İranda 2 691 352, Meksikada 2 366 496, Ukraynada 2 124 535, Peruda 1 853 370, İndoneziyada 1 723 596, Çexiyada 1 646 981, Cənubi Afrikada 1 597 724, Niderlandda 1 571 398, Kanadada 1 296 262 yoluxma aşkarlanıb.
Dünyada COVID-19-dan ümumilikdə 3 323 714 insan ölüb. Bununla yanaşı, 137 713 834 nəfər təhlükəli infeksiyadan sağalıb.
Hazırda 18 983 581 pasiyentin müalicəsi davam edir.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










