Elmar Vəliyevin qardaşına qarşı 1 milyonluq dələduzluq

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin qardaşı, "Azneftemash" zavodunun prezidenti Şahmar Vəliyevə qarşı külli miqdarda dələduzluq edilib.
Avtosfer.az xəbər verir ki, “Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, tanışı Cəfər Əliyev iş adamı Şahmar Vəliyevdən biznes qurmaq adı ilə 1 milyon manata yaxın pul alıb.
O, İrandan boru gətizdirib Azərbaycanda satacaqlarını və yaxşı gəlir əldə edəcəklərini vəd edib. Lakin onun vədinə əməl etməyərək aldığı 986 min manat pulu mənimsədiyi deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanıb.
Cəfər Əliyev təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən başqa daha 4 zərərçəkmiş var. Zərərçəkmişlərə vurulan ümumi ziyanın miqdarı 1,8 milyon manata yaxındır.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












