Erməni mediası Misir Mərdanovdan yazdı - Nə baş verir?

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilicanda işgüzar görüşü diqqət çəkir. Bu, Birinci Qarabağ müharibəsindən sonra yüksək vəzifəli Azərbaycan rəsmisinin Dilicana ilk səfəri deyil.
Avtosfer.az xəbər verir ki, bunu erməni ekspert Voskan Sərkisyan yazıb.
O bildirib ki, illər əvvəl Azərbaycanın sabiq təhsil naziri də Ermənistana səfər edib:
“Həmin şəxs 1998-ci ildən 2013-cü ilə qədər Azərbaycanın təhsil naziri olmuş Misir Mərdanov olub. O, 3 oktyabr 1946-cı ildə Dilicanın Göyərçin kəndində anadan olub. 1997 və ya 1998-ci illərdə (əslində, 2001-ci ildə – red.) M.Mərdanov hansısa beynəlxalq konfransda iştirak etmək üçün İrəvana gəlib və atasının evini görmək istəyini bildirib. Ona bu fürsət verilib.
Mərdanov Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti ilə Ağavnavankda (Salah – red.) olub. Evdə yaşayanlar qonaq üçün yaxşı süfrə açıblar. Misir Mərdanov onların evində belə qonaqpərvər, mehriban insanların yaşamasından məmnunluğunu ifadə edib. O, bağlarından Bakıya aparmaq üçün iki ovuc torpaq götürüb. Geri qayıdarkən məktəbə də baş çəkib”.
V.Sərkisyan qeyd edib ki, Mərdanovların Salahdakı ata evi hələ də digərlərindən seçilir:
“Sabiq nazirin atası Cumayıl Mərdanov Salah kolxozunun sədri idi. Onların evi kolxoz sədrinə yaraşan ikimərtəbəli, Azərbaycan mavisi ilə bəzədilmiş bir ev idi. Sonradan bu ev İrəvan sakininə 8000 dollara satılıb”.//globalinfo.az
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO
Vasif Talıbovun qardaşının əmlakına görə məhkəmə çəkişməsi
İdman zalında ölən şəxslərin yarılmasına, araşdırmasına onların qohumları imkan vermir – ADİL QEYBULLA
Taksi sürücüləri üçün vacib xəbər - TARİX AÇIQLANDI
Xalq artisti vəfat etdi - FOTO












