Erməni mətbuatında Zəngəzur “hay-küyü” - Əslində nə baş verir?

“Qaragöl adlanan ərazi tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib”. - Ermənistan mətbuatı bir neçə gündür ki, hay-həşir salıb. Ermənistan tərəfi gölün Azərbaycanın nəzarəti altına keçməsindən narahatdır. Gorus icmasının ciddi risk altına düşdüyü, susuz qaldığı bildirilir.
Avtosfer.az Bizim.Media-ya istinadən bildirir ki, daha əvvəl Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sisyan şəhəri yaxınlığında İşxanasar dağı ərazisində "dövlət sərhədini keçdiyi" və Verişen yaşayış məntəqəsi istiqamətində "3 kilometr irəli gəldiyi" açıqlanmışdı.
Ermənistan qəzetləri Sünikə qoşun gətirildiyindən, 3-cü Ordu Korpusunda həyəcan siqnalı verildiyindən, Gorus, Qafan və Meğri sakinlərinə özünümüdafiə üçün hazır olmaq əmri verildiyindən yazıb.
Hətta Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan həmin gün axşam keçirdiyi Təhlükəsizlik Şurasının iclasında
Sünik vilayətində baş vermiş hadisəni "diversiya müdaxiləsi" adlandırıb. O, qeyd edib ki, mayın 12-si səhər Azərbaycan silahlı qüvvələri Sevliç (Qaragöl) ərazisində dövlət sərhədini keçib, 3,5 kilometr Ermənistan ərazisinin içərisinə daxil olub. Paşinyan Azərbaycan tərəfinin göl üzərində nəzarəti ələ keçirməyə cəhd etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bu məlumatlarla bağlı hələ ki, hansısa reaksiya verilməyib.
Onu da qeyd edək ki, sərhədlərinə “diversiya müdaxiləsi”nin edildiyini bildirən Ermənistan hakimiyyəti erməni qəzetlərinin əksinə olaraq hərbi əməliyyatlardan danışmağa lüzum görməyib. Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasında işlətdiyi ifadələrdən də bu aydın sezilir: "Ermənistan yaranmış vəziyyətlə barışa bilməz, lakin bizim bir nömrəli vəzifəmiz vəziyyəti danışıqlar yolu ilə, o cümlədən diplomatik həll etməkdir. Lakin bu, variantlardan biridir". Baş nazir vəzifəsinin icraçısı Azərbaycan hərbçilərinin silahdan istifadə etmədiklərini də etiraf edir.
Bəs əslində Azərbaycan-Emənistan sərhədində nə baş verir? Bu daha əvvəl edildiyi ki, sərhədlərin delimitaziyasıdır?
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Bizim.Media-ya açıqlamasında bildirib ki, burada hansısa hərbi əməliyyatların başlanmasından söhbət getmir:
“Sadəcə sərhədlərin delimitaziyası və daha sonra demorkasiyası aparılır. Sərhədlər Sovet dövrü xəritələri və digər məlumatlar əsasında müəyyənləşdirilir və daha sonra bu təsdiq edilir. Azərbaycan iki bölgədə - Zəngəzur və Göyçə gölü ətrafında ələ keçirilmiş torpaqları qaytarmaq məqsədilə sadə bir əməliyyat keçirərək, irəlliləyir və ordunun istinad nöqtələri qurulur. Bu Azərbaycanın öz torpaqlarının özünə qaytarılmasıdır. Eyni proses Qazaxda da, ola bilsin Kəlbəcərdə də baş versin. Ermənilər vaxtilə siçovul kimi Azərbaycan sərhədlərini pozublar, hətta işğal olunmuş ərazilərdə də sərhədlərin yeni konfiqurasiyasını yaradıblar. İndi Azərbaycan həmin əməliyyatları pozur”.
Qabil Hüseynli bildirir ki, ermənilərin qaldırdığı hay-küy heç bir nətcə verməyib:
“Rusiyada da yaxşı başa düşürlər ki, Azərbaycan delimitizasiya prosesini həyata keçirir, bu heç Ermənistanın siyasi dairələrində də ciddi reaksiya doğurmayıb. Üç gündür ki, danışıqlar gedir, çalışırlar ki, Azərbaycanı geri çəkilməyə məcbur etsinlər. Azərbaycanın isə əsaslı faktları var”.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












