Ermənilər etiraf etdi: Müharibə vaxtı zəncirlənən erməni əsgərləri barədə deyilənlər həqiqətdir - VİDEO

Erməni bloqer Roman Baqdasaryan özünün “YouTube” kanalında Qarabağdakı 44 günlük müharibə zamanı döyüşlərdə iştirakdan yayınmağa çalışan və əsgərlərini tərk edərək qaçan erməni zabitlərinin qorxaqlığından bəhs edib.
“Məhz buna görə Ermənistandan olan əsgərlər zabitlərin mütəmadi yoxluğundan danışıb. İndi aydındır ki, niyə Hadrut yaxınlığında zəncirlənmiş erməni əsgərləri tapılıb. Bakıda nümayiş olunan manikenlər azərbaycanlıların fantaziyası deyil! Bu qorxaq zabitlərin öz əsgərlərinə münasibəti barədə dəhşətli həqiqətdir”, - deyə proqramda bildirilir.
Belə görünür ki, erməni zabitləri əsgərləri zəncirləyərək ruh düşkünlüyü yaşayan Ermənistan ordusunda daim baş verən fərariliyin qarşısını almağa çalışıblar.
Buraxılışda qeyd olunur ki, Hadrutdakı (o cümlədən Suqovuşandakı) erməni bölmələri müharibədən əvvəl də həmişə qarət, oğurluq və əsgərlərin döyülməsi faktları ilə məşhur olub.
“Müharibənin başlamasından bir neçə gün sonra Araik Arutyunyan (vaxtilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz erməni təşkilatının başçısı) 5000 Qarabağ ermənisini axtarışa verdi. Bunlar 18-55 yaşlı kişilər idi. Bu insanlar gəncləri qan içində səngərdə tərk edərək qaçırdılar. Qarabağdan ilk olaraq Arutyunyanın komandasının üzvləri qaçıb. Qarabağlı məmurların restoranlarda necə əyləndiyi ilə bağlı fotolar yayılıb”, - deyə buraxılışda vurğulanıb.
Müəllif Ermənistanda Serj Sarqsyan və Robert Koçaryanın (Ermənistanın keçmiş dövlət başçıları) bütün prezidentlikləri dövründə bir dənə belə peyk buraxılmadığıni, Azərbaycanda isə həmin müddətdə bunun əksi olduğunu qeyd edib. Bu səbəbdən Azərbaycan hər şeyi müşahidə edirdi, Ermənistan isə peykin olmamasına görə kor-təbii vuruşurdu.
Caliber.az
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












