Ermənistan dəmir yolunun tikintisi ilə bağlı Azərbaycanla saziş imzalamaq istəyir

“Ermənistan yaxın vaxtlarda Azərbaycanla Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə başlamağa imkan verəcək hüquqi sənəd imzalamağa ümid edir”.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”, - hökumət başçısı bildirib.
N.Paşinyanın sözlərinə görə, hökumət Şimal-Cənub strateji avtomobil yolunun Sisian-Kacaran hissəsinin tikintisinə başlamaq üçün şirkətlər üçün tender elan edəcək: “Əlbəttə, siyasi razılaşmalar olarsa, Şimal-Cənub yolu da Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirə bilər”.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












