Evlərdən oğurluq edən və narkotik satan dəstə üzvləri tutulub - VİDEO

Bakının Xəzər rayonu Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan T. Baradov qısa zamanda saxlanılıb. Polis Şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq 6 evdən oğurluq etdiyi müəyyən edilib.
3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıblar.
Belə ki, əməliyyat zamanı paytaxt sakini Ruslan Melnik tutulub. Onun üzərindən 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri Binə qəsəbəsində Zahir və Mahmud adlı şəxslərdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Binədə narkotiklərin satışı ilə məşğul olan Zahir Əmralıyev və Mahmud Dəmirçiyev tutulublar. Onların üzərindən və yaşadıqları evlərdən ükülli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO













