Fərdi sahibkarların sərnişin daşımalarından gəlirləri açıqlanıb

Ötən il Azərbaycanda fərdi sahibkarların avtomobil nəqliyyatı ilə (avtobus və taksi minik avtomobilləri) sərnişin daşınmasından əldə etdiyi gəlirlərin həcmi 598 389,3 min manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat ilində fərdi sahibkarların sərnişin daşınmasına çəkilmiş xərclərin həcmi 266 799,5 min manat olub.
Məlumata görə, Bakı üzrə 2021-ci ildə fərdi sahibkarların sərnişin daşınmasından gəliri və çəkilmiş xərclər müvafiq olaraq 356 042,1 min manat və 168 656,2 min manat təşkil edib.
Qeyd olunur ki, 2021-ci ildə fərdi sahibkarlar tərəfindən avtomobil nəqliyyatı ilə 537 078,3 min sərnişin daşınıb, bir sərnişinə düşən məsafə isə 16,6 km təşkil edib. Bakı üzrə bu göstəricilər müvafiq olaraq 258 934,1 min nəfər və 14,8 km səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 119,9 mln. sərnişin daşınıb, bu da illik müqayisədə 1,8% çoxdur.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











