Gədəbəy sakinləri minaya düşüb - RƏSMİ AÇIQLAMA -YENİLƏNİB

Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Gədəbəy Rayon Prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.
16:13
Gədəbəy rayon sakini minaya düşüb.
Avtosfer.az-nın məlumatına görə, rayonun Əyridərə kənd sakini, 1995-ci il təvəllüdlü Namazov Kamran Aydın oğlu Ermənistanla sərhəd hissədə göbələk yığan zaman minaya düşüb.
Yaralı Şəmkir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












