Gəncə Hava Limanı uçuşları bərpa etdi

Gəncədə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.
Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki, aeroportdan ilk reys ötən gün Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib. Bu gün isə Türkiyənin İstanbul şəhərinə uçuş başlayıb. Sabah Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş nəzərdə tutulub.
Aeroportdan bildirilib ki, Hava Limanında sərnişinlərin yoxlanılması üçün tibb məntəqəsi yaradılıb. Hava Limanına daxil olunan sərnişinlər tibb işçiləri tərəfindən pandemiya qaydalarına uyğun olaraq, ara məsafəsi gözlənilməklə müayinə olunurlar. Həmçinin maska və dezinfeksiyaedici vasitələrdən istifadə nəzarətdə saxlanılır.
Gəncə Beynəlxalq Hava Limanından Gəncə-Moskva reysi həftənin cümə günləri saat 14:30-da yerinə yetirilir. Gəncə-İstanbul istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri saat 08:35-də həyata keçiriləcək. Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə isə uçuşlar hər həftənin çərşənbə axşamı saat 12:05-də olacaq.
Qeyd edək ki, Gəncə Beynəlxalq Hava Limanında pandemiya səbəbindən ötən ilin martından uçuşlar dayandırılmışdı.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












