Gəncədə 9 ayda 40 milyon nəfərdən çox sərnişin daşınıb

2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində nəqliyyat, infomasiya və rabitə haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, Nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhəri üzrə (ilkin hesablamalara əsasən) 40 milyon 579,0 min nəfər sərnişin daşınmışdır.
2021-ci ilin doqquz ayı ərzində avtomobil nəqliyyatı sahəsində 2 milyon 602,0 min ton yük daşınmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2021-ci ilin yanvar-sentyabr aylarında 4904,1 min manatlıq, yaxud keçən ilin eyni dövrünə nisbətən 6,1 faiz çox xidmət göstərilmiş, xidmətlərin 98,8 faizi əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artmışdır.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 90,4 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 9,6 faiz təşkil etmişdir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












