Gəncədə ermənilərin dağıtdığı küçələrə yeni su xətləri çəkilir - VİDEO

Gəncədə Vətən müharibəsi dönəmində zərər görən yaşayış binalarının su sistemi yenidən qurulur.
Ən çox zərər görən yaşayış massivlərindən biri Muxtar Hacıyev küçəsi olub. Hazırda işlər bu küçədə aparılmaqdadır. Dağıntıya məruz qalan yaşayış binalarının bərpası ilə paralel olaraq əraziyə gedən içməli su və çirkab xətləri də yenidən çəkilir. Layihəyə uyğun olaraq su xətləri sıfırdan, tamamilə yenidən çəkilir.
İşlərə bir müddətdir başlanılıb. Hazrda su xətlərinin keçdiyi ərazidə qazıntı aparılır.
Artıq abonentlərin sayı da müəyyənləşib. Təxminən, 40-a yaxın abonentin mənzilinə fərdi qaydada su və kanalizasiya xətləri çəkiləcək. Muxtar Hacıyev küçəsində 220 metr su xəttinin yenilənməsi nəzərdə tutulub.
Sonrakı mərhələlərdə raket zərbəsinə məruz qalan Avtozavod qəsəbəsi və digər yaşayış massivlərində infrastruktur işləri həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini hədəfə alan zaman yaşayış massivləri ciddi dağıntılara məruz qalıb.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO











