Gəncədə küçələrin işıqlandırılması ilə bağlı layihə icra olunur - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər Gəncə şəhərində geniş abadlıq-quruculuq işləri aparılır, yeni infrastruktur layihələri icra olunur.
Gəncə Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, ölkə başçısının göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunun, o cümlədən Gəncənin küçə işıqlandırılması sistemi yenidən qurulur.
Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan kabel xəttinin çəkilməsi, 8155 ədəd işıq dirəyinin quraşdırılması nəzərdə tutulur ki, hazırda işlərin böyük bir hissəsi başa çatdırılıb. Belə ki, bu günədək 400-ə yaxın küçədə 7650 işıq dirəyi quraşdırılaraq, qismən istifadəyə verilib və bub istiqamətdə işlər davam etdirilir. Layihə çərçivəsində aparılan yoxlama və quraşdırma işləri tam yekunlaşdıqdan sonra, yeni işıq dirəkləri quraşdırılmış bütün ərazilərə enerjinin verilişi təmin olunacaqdır.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti, “Bakı Abadlıq Xidməti” MMC və Polşanın “The Company Signify Poland sp.z.o.o” şirkətinin birgə icra etdiyi layihə Gəncə şəhərində işıqlandırma şəbəkəsinin modernləşdirilməsini və avtomatlaşdırılmış idarəetmə sisteminin tədbiqini hədəfləyir.
Ötən ilin sentyabr ayının əvvəlindən icrasına başlanılan layihədə işlər üç - A (qazıntı işlərinin aparılması), B (elektrik kabellərinin çəkilməsi) və C (işıq dirəklərinin basıdırlması) kateqoriyaları üzrə aparılır. Layihənin cari ilin sonunadək icra olunacaq növbəti mərhələsində daha 300 küçədə işıq dirəklərinin quraşdırılması, güc kabellərinin çəkilməsi nəzərdə tutulur. Bir neçə mərhələdə icra olunan layihənin sonunda Gəncə şəhərinin bütün küçə və prospektlərinin işıqlandırılması tam təmin olunacaqdır.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












