Gəncədə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb - FOTO - VİDEO

Aprelin 21-də Gəncə şəhər sakini olan bir qadın, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edərək, yaşadığı evin qarşısında, tanımadığı bir şəxsin onu itələyərək yerə yıxması və içərisində 100 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçdığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus pul kisəsini soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 33 yaşlı Pərviz İsmayılov olması müəyyən edilib.
P. İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.
Bundan başqa RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mədət-zadə saxlanılaraq polis idarəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 450 qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












