Gömrükçülər qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısını alıb

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycanın gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.
Bu barədə Avtosfer.az DGK-ya istinadən xəbər verir.
Belə ki, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyən etməyib.
Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb.
Yoxlama zamanı vətəndaşa məxsus əl çantasının və çamadanlarının içərisində gömrük nəzarətinə bəyan edilməyən, qızıl zərgərlik məmulatları -10 ədəd sırğa-üzük-kulon-qolbaq dəsti, 8 ədəd sırğa-üzük dəsti, 6 ədəd sırğa-üzük-kulon dəsti, 1 ədəd sırğa-üzük-qolbaq-dəsti, 1 ədəd qolbaq-kulon dəsti, həmçinin 5 ədəd qolbaq, 5 ədəd üzük, 2 ədəd sancaq və 1 ədəd kulon aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 949,51 qram olan 750 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












