“Gürcüstan Hava Yolları” müflis olduğunu təkzib edib

“Gürcüstan Hava Yolları” şirkəti müflis olmayıb”.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, müxtəlif mətbuat orqanlarında aviaşirkətin bankrot olmasına dair yer alan məlumatlar həqiqətə uyğun deyil. “Gürcüstan Hava Yolları” reabilitasiya mərhələsindədir. Bu, o deməkdir ki, aviaşirkət fəaliyyətini davam etdirir və müntəzəm reyslər yerinə yetirir. Hazırkı mərhələdə Tel-Əviv, Amsterdam və Vyanaya kommersiya uçuşları həyata keçirilir. Digər istiqamətlərə uçuşların bərpası və başqa məlumatlar şirkətin rəsmi internet səhifəsində və sosial media hesablarında yerləşdiriləcək”, - sənəddə deyilir. Aviaşirkət dezinformasiya yaymaqdan çəkinməyə və hər hansı bir məlumatı əvvəlcə onlarla dəqiqləşdirməyə çağırış edib. Xatırladaq ki, ötən ay qonşu ölkənin flaqman aviaşirkətinin koronavirus pandemiyası səbəbindən bankrot olması barədə informasiyalar yayılıb. Daha sonra “Georgia Business Brokerage” broker şirkətinin rəhbəri Roman Bokeriya özəl “Gürcüstan Hava Yolları”nın 150 milyon ABŞ dollarına satışa çıxarıldığını bildirib.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












