Gürcüstan vətəndaşlarının hava yolu ilə Azərbaycana səfər qaydaları məlum olub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tam (iki) doza peyvənd olunan Gürcüstan vətəndaşları cari il fevralın 15-dən etibarən Azərbaycana hava yolu ilə səfər edə bilirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, səfərə yollanacaq Gürcüstan vətəndaşları uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin neqativ nəticəsi haqqında çap olunmuş arayış təqdim etməlidirlər.
1–18 yaş arasında olan şəxslərə münasibətdə yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında (COVID-19 pasportu tələb olunmur) uçuşlarını həyata keçirə biləcəklər.
Bir yaşdan aşağı yaşı olan uşaqlar üçün PCR testi tələb edilmir. Uşağın yaşı gediş tarixinə əsasən hesablanır.
“Report”
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











