Gürcüstanın Dəmir Yolu Məcəlləsi Aİ qanunvericiliyinə uyğunlaşdırılır

Bu gün Gürcüstan parlamentinin keçirilən komitə iclasında Dəmir Yolu Məcəlləsinə dəyişikliklər müzakirə olunub.
Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, Gürcüstan Dəmir Yolu Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentə hökumət tərəfindən qanunvericilik təşəbbüsü ilə daxil olub.
İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili deyib ki, Avropa İttifaqının dəmir yolu qanunvericiliyinə uyğun olaraq islahatlara 2023-cü ildən başlanılıb. İslahatın birinci mərhələsi çərçivəsində nazirliyin tərkibində dəmir yolu nəqliyyatı sektorunun tənzimlənməsi üçün institusional və hüquqi bazanın yaradılması, Gürcüstanda dəmir yolu təhlükəsizliyinin təmin edilməsi, dəmir yolu nəqliyyatı sektorunda beynəlxalq və Avropa standartlarının tətbiqi məqsədi daşıyan Dəmir Yolu Nəqliyyatı Agentliyi yaradılıb.
Onun sözlərinə görə, təqdim olunan qanun layihələri dəmir yolu siyasəti islahatlarının ikinci mərhələsi çərçivəsində hazırlanıb və bununla da milli qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş yeni standartlara yaxınlaşdırıb. Qanun layihələrinin məqsədi dəmir yolu sərnişinlərinin hüquqlarının müdafiəsi ilə bağlı məsələləri qanunvericilik səviyyəsində tənzimləmək və bunun təmin edilməsi üçün müvafiq mexanizmlər yaratmaqdır. Dəyişikliklər, həmçinin xidmətin keyfiyyətini və dəmir yolu təhlükəsizliyinin səviyyəsini yüksəldəcək. Qanun layihəsində dəmir yolu ilə təhlükəli yüklərin daşınmasına nəzarət və monitorinq məsələsi də müəyyən edilib.
Müzakirələr zamanı bildirilib ki, təqdim olunan qanunvericilik təşəbbüsünün Gürcüstan qanunlarının Avropanın qanun və qaydalarına uyğunlaşdırılmasına töhfə verməsi vacibdir. Qanun layihələrinin dəmir yolu sisteminin təhlükəsizliyinin təmin edilməsinə və nəzarət funksiyalarının səmərəli həyata keçirilməsinə kömək edəcəyi qeyd olunub.
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI












