Hamilə olduğunu bilməyən sərnişin təyyarədə ana oldu - VİDEO - FOTO
Xəbərlər
6 May 2021 08:40

ABŞ-da Yuta-Havay reysi ilə hərəkət edən təyyarədə uçuş əsnasında gözlənilməz hadisə baş verib. Belə ki, hamilə olduğunu bilməyən Lavinia Mounqa adlı qadın elə göyərtədə uşaq dünyaya gətirib.
Bu barədə “Haber Global” xəbər yayıb.
Bildirilir ki, qadının sancıları təyyarə havaya qalxdıqdan az sonra başlayıb. Xoşbəxtlikdən sərnişinlər arasında həkim və tibb bacısı olub. Onların köməyi ilə 29 həftəlik uşaq dünyaya gəlib. Körpənin adı elə təyyarədə də qoyulub – Raymond.
Bildirilir ki, uşağın göbəyi ayaqqabı bağı ilə kəsilib, onu isti saxlamaq üçün mikrodalğalı sobada isidilmiş şüşələrdən istifadə olunub, körpənin ürək döyüntüləri isə smart saatın köməyi ilə izlənilib.
Təyyarə Havayda eniş etdikdən sonra ana və oğlu təcili yardımla xəstəxanaya aparılıb. Onların vəziyyətlərinin yaxşı olduğu vurğulanıb.
Mounqa yerli mediaya verdiyi açıqlamada hamilə olmasından xəbərsiz olduğunu bildirib.
Oxunub : 2938
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












