Hazırda müəllim işləyən Ağcabədi sakini ölmüş kimi qeydiyyata alınıb - VİDEO

Ağcabədidə 59 yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb.
Avtosfer.az-ın məlumatına görə, qeyri-adi hadisə rayonun Hindarx qəsəbəsinin sakini Minarə Əliyevanın başına gəlib.
1962-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olan Minaya Əliyeva deyir ki, hazırda qəsəbədəki 3 saylı orta məktəbdə riyaziyyat-informatika müəllimi işləyir.
Bu ilin iyul ayında ənənəvi şəxsiyyət vəsiqəsini yeni nəsil şəxsiyyət vəsiqəsi ilə dəyişdirmək üçün Ağcabədi "ASAN xidmət" mərkəzinə müraciət edib. Elə bütün məsələ də bundan sonra üzə çıxıb.
Minarə Əliyeva yenidən Ağcabədi "ASAN xidmət" mərkəzinə müraciət edib və oradan bildirilib ki, 1972-ci ildə guya o, Kəlbəcər rayon yaylağında vəfat edib, Ağcabədi rayonu, Hindarx qəsəbəsində dəfn olunub.
Məsələ ilə bağlı Ağcabədi qeydiyyat şöbəsindən bildirdilər ki, vətəndaş quruma müraciət edib və sistemdə o, 1972-ci ildə kənd icra nümayəndəliyinin sənədi əsasında ölü kimi qeydiyyata alınıb. Bu problemin həll oluunması üçün Minarə Əliyeva məhkəməyə müraciət etməlidir.
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











