Həftədə 500 qaziyə psixoloji yardım göstərilir - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov qazilər və şəhid ailələrinə xidmət göstərən Psixoloji Mərkəzlərin fəaliyyəti haqqında danışıb.
Avtosfer.az bildirir ki, F. İsmayılov bildirib ki, psixoloji yardım mərkəzləri Ağdam, Şəki, Şirvan, Lənkəran və Quba şəhərlərində mərkəzi rayon xəstəxanalarının ambulator şöbəsində yaradılmışdır. Həmin mərkəzlər Gəncə şəhərində 6 saylı, Sumqayıt şəhərində 3 saylı poliklinikada yerləşir. Bakı şəhəri üzrə psixoloji yardım mərkəzləri ATU-nin Tədris Terapevtik Klinikasının nəzdində, Xətai rayonu 7 saylı poliklinika, Yasamal rayonu 16 saylı poliklinika və Qaradağ rayonu 19 saylı BŞX- da fəaliyyət göstərir. Bununla yanaşı Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri aktiv şəkildə psixoloji yardım göstərməkdə iştirak edirlər.Bütün mərkəzlərin iş prinsipi ərazi üzrə işlənmişdir, yəni hər mərkəz yaxın rayonlarda yaşayan qazilərə yardım göstərir.
Istənilən müraciət edən qazi və şəhid ailəsi üzvünə yardım göstərilir. Həmçinin onlar digər dövlət qurumları tərəfindən də yönləndirilə bilər. Məsələn, onlar FHN-nin 112 qaynar xətt xidməti tərəfindən yönləndirilə bilər. Eyni zamanda yönləndirməni ərazi poliklinikası, sosial xidmətlər və digər qurumlar yerinə yetirir.
Mərkəz rəhbəri deyib ki, hazırda müxtəlif müəssisələr tərəfindən həftəlik təxminən 500 qaziyə yardım göstərilir. Bunların 2/3 hissəsi ilkin, 1/3 hissəsi təkrar müraciətlər təşkil edir. Müasir prinsiplərə əsasən psixoloji yardım 3 növdə göstərilir- təcili və ya ilkin psixoloji yardım FHN mütəxəssisləri tərəfindən, orta müddətli yardım, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən və uzun müddətli yardım (psixososial reabilitasiya) Əmək və Əhali Sosial Müdafiə Nazirliyinin müəssisələrində göstərilir
Gözləyirik ki, aktiv psixoloji yardım və pasiyentlərin sagalması prosessi nəticəsində bu yardıma təlabat azalacaq. Psixoloji yardıma ehtiyacı olan qazilərin sayı da azalacaq. Eyni zamada qazilərin bir hissəsinin uzun müddətli psixoloji dəstəyə ehtiyacı qalacaq. Həmçinin qazilərin sayı azaldıqca bizim mütəxəssislər işsiz qalmayacaq. Cəmiyyətdə həmişə psixoloji çətinliklərlə üzləşən çox insan var. Perspektiv olaraq bu mərkəzlər həmin şəxslərə aktiv şəkildə yardım göstərə bilərlər. Fikrimcə tək böyük şəhərlərdə deyil, ölkənin hər rayonunda psixoloji yardım mərkəzləri yaradılmalıdır".
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












