Həyətində narkotik becərən şəxs saxlanıldı - FOTO
Xəbərlər
20 Aprel 2021 12:04

Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Yalama PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə rayonun Nabran kənd sakini Ruslan Xanbabayev saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən iki bükümdə narkotik vasitə olan heroin, bir bükümdə tiryək və sellofan torbalarda çətənə bitkisinin toxumları, həyətyanı sahəsində yerləşən yarımtikilidən isə plastik qablarda və dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 428 ədəd çətənə kollarının şitilləri aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı Ruslan Xanbabayev narkotik tərkibli bitkiləri becərdiyini etiraf edib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Oxunub : 986
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
ŞƏRH YAZ












