IATA: Dünyada hava ilə yük daşımaları rekord həddə çatıb

Hava nəqliyyatı ilə yük daşımalarının həcmi 2021-ci ilin mart ayında 2019-cu ilin mart ayına nisbətən 4,4% artıb, bu göstərici mütləq rekord həddinə çatıb. Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) press-relizində deyilir.
“Dünyada hava ilə yük daşımaları mart ayında müşahidələr tarixinin ən yüksək göstəricisinə çatıb. Hərçənd artım fevral ayına nisbətən mülayim şəkildə azalıb”, - məlumatda deyilir.
Fevral ayında böhrandan əvvəlki səviyyəyə (iki il əvvəl eyni ayla müqayisədə) nisbətən artım 9,2% təşkil edib. Üstəlik, 2021-ci ilin martını 2020-ci ilin martı ilə müqayisə etsək, hava nəqliyyatı ilə yük daşımalarına tələbat 22,1% artıb.
Assosiasiyanın məlumatına görə, 2019-cu ilin mart ayı ilə müqayisədə göstəricidə ən böyük artım Afrikada (23,1%), Şimali Amerikada (17,5%), Yaxın Şərqdə (9,1%) qeydə alınıb. Avropada 0,9%-lik artım müşahidə olunubsa, Asiya-Sakit okean bölgəsində 2,9%-lik azalma qeydə alınıb. Latın Amerikasında isə azalma 21,4% həcmində olub./virtualaz.org
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO











