İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı

“Akkord İnşaat Sənaye” ASC-nin qiyabi olaraq 15 il həbs cəzası verilən keçmiş sahibi İlqar Hacıyevin milyonlarla qiyməti olan əmlakları müsadirə olunub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət nəfinə alınan həmin əmlakların siyahısını əldə edib:
- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində qeyri-yaşayış binası;
- Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən böyük bağ evləri və mənzillər;
- Badamdar qəsəbəsində torpaq sahəsi;
- Yasamal rayonu, Mətbuat prospektində mənzil;
- Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzil.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Hacıyevin iki əmlakı üzərinə qoyulmuş həbs qərarı isə ləğv edilib. Bunlar Mərdəkan qəsəbəsində torpaq sahəsi və üzərində yerləşən 776,7 kv.m qeyri-yaşayış binası və eyni ünvanda torpaq sahəsidir.
Qeyd edək ki, İ.Hacıyev külli miqdarda dələduzluqda və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli bilinib. O, dəfələrlə Baş Prokurorluğa çağırılsa da, istintaqa getməyib. Ölkədən qaçıb gizləndiyi üçün ona ittiham elan etmək mümkün olmayıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












