İctimai nəqliyyatda COVID-19 pasportunun tətbiqi müzakirə olunur

“Gürcüstan hökuməti “yaşıl pasport” sisteminin ictimai nəqliyyatda da tətbiq olunması məsələsini müzakirə edir”.
Avtosfer.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze Birinci kanala müsahibəsində deyib.
Nazir bildirib ki, ictimai nəqliyyatda müəyyən risklər var, lakin qaydalara əməl olunmasına nəzarət daha vacibdir: “COVID-19 pasportunun ictimai nəqliyyat vasitələrində tətbiqi qaydaları ilə bağlı intensiv məsləhətləşmələr aparılır. Yalnız bundan sonra biz tövsiyələri hazırlayacağıq”.
Qeyd edək ki, Gürcüstanda “yaşıl pasport” sisteminin tətbiqinə dekabrın 1-dən başlanılıb və 18 yaşdan yuxarı ölkə vətəndaşları və əcnəbilər bir sıra obyektlərə yalnız bu sənədlə daxil ola bilirlər. Həmin obyektlərin siyahısına restoran, kafe, barlar, əyləncə mərkəzləri, teatr, kinoteatr, muzeylər, konsert zalları, kazino, spa və idman zalları, mehmanxana, dağ kurortlarında kanat yolları daxildir. Mağaza, supermarket, aptek və ictimai nəqliyyatda bu sənəd tələb edilmir.
“Yaşıl” statuslu şəxslər koronavirus əleyhinə tam vaksin olunmuş və yaxud son 72 saat ərzində edilmiş PCR testin, ya da 24 saat ərzində verilmiş sürətli testin mənfi cavabı və ya COVID-19 keçirmiş şəxslər hesab edilir. Testlərin əsasında “yaşıl” status alan şəxsin bu statusu testin qüvvədə olma müddəti başa çatandan sonra dayandırılır.
“Report”
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












