İki milyon manatdan satışa çıxarılan helikopterlərin xüsusiyyətləri hansılardır? - VİDEO

Xəbər verdiyimiz kimi, martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır və onlardan biri buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.
Avtosfer.az-ın məlumatına görə, Hərracların Təşkili Mərkəzinin sədri vəzifəsini icra edən Emin Rəsulov AzTV-yə açıqlamasında satışa çıxarılan helikopterlərin xüsusiyyətlərindən danışıb.
O bildirib ki, özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər, istənilən tərəf hərracda qalib gəlmədiyi təqdirdə isə alınan beh məbləği ona geri qaytarılır.
“Bir ədəd 2009-cu il istehsalı olan helikopter biznes klasa aid 5 sərnişinin, digər 2 ədəd 2005-ci il istehsalı olan helikopter isə 12 sərnişinin daşınması üçün nəzərdə tutulub. Hazırda hərraca təqdim olunan EC-155B1 markalı iki helikopter 4700 saata qədər uçuş həyata keçirib. Helikopterlər 2015-ci ildən bu günə qədər konservasiya olunaraq saxlanılıb. EC-135P2 markalı helikopter isə cəmi 90 saat uçuş həyata keçirib. Alınan müddətdən 2015-ci ilə qədər bütün lazımı təmir işləri vaxtaşırı həyata keçirilib. Lakin artıq uzun müddət keçib və hava nəqliyyatlarının hərəkətini tənzimləyən qurğuların tələblərinə uyğun olaraq istənilən tərəf onu satın aldıqdan sonra müəyyən zəruri tədbirləri həyata keçirməlidir”, - deyə o əlavə edib.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










