İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edilib

Şəki Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İ.Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və İ.Əliyev məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, hadisə bu il martın 18-i saat 1 radələrində Ağdaş rayonunun Yengicə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini İ.Əliyev idarə etdiyi “Volkswagen” markalı mikroavtobusu qarşıda gedən Ağdam rayon sakini Ə.Səmədovun idarə etdiyi “ZİL” markalı yük avtomobilinə vurub. Nəticədə mikroavtobusdakı sərnişinlərdən - F.Verdiyev və C.Babayev hadisə yerində ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.///report
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












