İlham Əliyev Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva əvvəlcə Nic qəsəbəsindəki 1 saylı orta məktəbə gəldilər.
Məlumat verildi ki, 1857-ci ildə inşa edilən bu məktəbdə hazırda 135 şagird təhsil alır.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Müqəddəs Yelisey adına Cotari kilsəsində oldular, burada şam yandırdılar.
Bildirildi ki, Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib.
Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır.
-Bu, bizim kilsənin, alban kilsələrinin simvoludur.
Prezident İlham Əliyev: O, xaçın təsviridir?
-Bəli, cənab Prezident, səkkizlik. Bizdə müqəddəs olan səkkiz dənə xaçdır, on iki dənə apostol səkkizlik. Biz bunu Tuğda da gördük.
Burada xatirə şəkilləri çəkdirildi.
-Çox sağ olun, Allah Sizi qorusun. Sizin dəstəyinizi hər yerdə görürük, bu bizim üçün çox xoşdur.
Prezident İlham Əliyev: Çox sağ olun, həmişə sizinlə birlikdə olacağam.
-Tez-tez gedəcəyik Qarabağ bölgəsinə. Biz də Allahın köməyi ilə bu mühiti saxlayacağıq.
Birinci xanım Mehriban Əliyeva: Sağ olun.
Leyla Əliyeva: Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar.
Avtosfer.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kilsədə şam yandırıblar.
Sonda xatirə şəkli çəkdirilib.










Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












