İsrail koronavirusun “Omikron” variantıyla əlaqədar sərhədlərini bağladı

İsrail hökuməti ölkədə koronavirusun “Omikron” variantının yayılmasının qarşısını almaq üçün əksər ölkələrin vətəndaşları üçün sərhədlərini müvəqqəti bağlayıb, bir sıra məhdudiyyətlər tətbiq edib.
APA-nın “Jerusalem Post” qəzetinə istinadən verdiyi xəbərə görə, İsrail hökuməti bu barədə dünən axşam məlumat yayıb.
Məhdudiyyətlər bu gündən qüvvəyə minir.
Qeyd edək ki, hazırda İsraildə koronavirusun “Omikron” variantına bir nəfərin yoluxduğu təsdiqlənib, 7 nəfər isə testin nəticəsini gözləyir.
Yeni qaydalara əsasən, İsrailə gələn istənilən xarici ölkə vətəndaşı, o cümlədən peyvənd olunanlar 3 gün karantində qalacaq. Ölkəyə gələnlər aeroportda test verəcəklər. Əgər İsrailə səfərdən sonra üçüncü gün testin nəticəsi neqativ çıxarsa, həmin əcnəbilərə karantindən çıxmağa icazə veriləcək. Xaricdən gələn və peyvənd olunmayan İsrail vətəndaşları üçün karantin müddəti 7 gün olacaq. Əcnəbilər karantin müddətində xüsusi oteldə qalmalıdırlar.
Xatırladaq ki, İsrail hökuməti bundan əvvəl koronavirusun “Omikron” variantının yayıldığı bir sıra Afrika ölkələrindən ölkəyə səfərlərə məhdudiyyət qoymuşdu.
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı












