İstanbul aeroportu 2021-ci ildə Avropanın ən işlək hava limanı seçilib

2021-ci ilin sonunda Türkiyənin İstanbul aeroportu 36 milyon 988 min 563 nəfər sərnişinlə Avropanın ən işlək hava limanı olub.
Avtosfer.sz "Report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Limanları Şurasının illik hesabatında deyilir.
Ötən il Avropanın hava limanlarında sərnişin axını 37 faiz artıb.
2021-ci ildə ən çox sərnişinə məhz Türkiyə və Rusiyanın hava limanları xidmət göstərib.
Siyahıda ikinci yerdə 30 milyon 943 min 456 sərnişinlə Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanı, üçüncü yerdə isə 26 milyon 201 min 698 sərnişinlə Parisin Şarl de Qoll hava limanı qərarlaşıb.
Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, İstanbul aeroportu 2020-ci ildə sərnişin sayına görə Avropa hava limanları arasında birinci yerdə qərarlaşıb.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












