İsti havada nəm olan maskaların təhlükəsi

Türkiyənin İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsinin yoluxucu xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssisi Rıdvan Karaali standartlara cavab verən maskalara üstünlük verilməli olduğunu bildirib və islanan nəm maskaların dərhal dəyişdirilməsinin lazım olduğunu vurğulayıb.
Avtosfer.az bildirir ki, Karaali yoluxmaların sayının artdığı son günlərdə ÜST-ün standartlarına uyğun olaraq yoxlanılan maskalardan istifadə etməyin vacibliyinə diqqət çəkib.
Mütəxəssis havaların isindiyi bu günlərdə islanmış nəm maskalardan istifadə edilməməli olduğunu və qapalı mühitlərdə mümkün qədər az qalmağın lazım olduğunu deyib.
Satışda bir çox məhsulun olduğunu, ancaq müəyyən standartlara cavab verən maskaların istifadəsinin əhəmiyyətinə diqqət çəkən R.Karaali tibbi maskaların ən effektiv qoruyuculuq xüsusiyyətinə malik olduğunu qeyd edib: "Hər zaman görüntüdən anlaya bilmərik. Standartlara uyğun olaraq istehsal olunan maskalara üstünlük verməyimiz daha məqsədəuyğundur".
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












