Kanalizasiya qapağının oğurlanmaması üçün bu üsula əl atdılar - VİDEO

Sumqayıt şəhərində yaşayış binalarının yaxınlığında olan kanalizasiya qapağı zəncirlənib. Metal qapaq oğurlanmasın deyə bu cür fərqli metodan istifadə ediblər. Qapaqlar oğurlandıqdan sonra ərazidə təhlükəli vəziyyət yaranır. Çünki yaxınlıqda yaşayış binası ilə yanaşı, körpələr evi-uşaq baxçası da var və hər an buradan keçənlər kanalizasiya quyusuna düşə bilər.
Bəs görəsən kanalizasiya qapağını kim zəncirləyib?
Mövcud məsələ ilə bağlı "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, nəinki, 9-cu mk-da, eləcə də şəhərin müxtəlif ərazilərində kanalizasiya qapaqlarının oğurlanması hallarının qarşısının alınması istiqamətində ciddi tədbirlər görürlər. Ancaq sözügedən ərazidə kanalizasiya qapağı bu qurum tərəfindən zəncirlənməyib.
Sumqayıt Sukanal İdarəsindən güman edilir ki, yaxınlıqda yaşayan sakinlər özləri qapağı zəncirləyib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












