Kanalizasiya xətti yoxdur, ancaq pul yığılır - VİDEO

Sumqayıtda 400-ə yaxın sakinin yaşadığı ərazidə kanalizasiya sistemi yoxdur. Baxmayaraq ki, ərazinin təxminən 100 metrliyində yerləşən Şirvan yaşayış masssivində kanalizasiaya xətti var, ancaq onlar bundan yararlana bilmirlər. İşin qəribə tərəfi isə budur ki, aidiyyatı qurum illərdir ki, olmayan kanalizasiya xəttinə görə sakinlərdən ödəniş yığır.
Avtosfer.az xəbər verir ki, Sumqayıtda 400 ə yaxın sakinin yaşadığı küçədə kanalizasiya xətti yoxdur. Söhbət Hacı Zeynalabdin qəsəbəsi Əliağa Vahid küçəsindən gedir. Ərazidə yaşayan vətəndaşlar kanalizasiya xətinin olmadığından şikayətçədilər. Bəzi vətəndaşlar həyətlərində kanalizasiya əvəzinə quyu qazır. Lakin yağış yağdıqda evləri, həyətləri su basır və ən pis tərəfi odur ki, ərazidə yaşanan mənzərə ətrafa üfunət yayır. Baxmayaraq ki, küçənin təxminən 100 metrliyində yerləşən Şirvan Yaşayış masssivində kanalizasiya xətti var, ancaq onlar bundan yararlana bilmirlər. 400 ə yaxın sakin hazırda çarəsiz qalıb. Ancaq aidiyyətı qurum illərdir onlardan tullantı sularına görə pul alır. Məsələ ilə bağlı Azərsu ASC-nin Sumqayıt su kanal idarəsindən isə bildirildi ki, həmin küçədə mərkəzləşmiş kanalizaiaya xətti yoxdur. Orada sakinlər əsasən şəxsi şambolardan istifgadə edirlər. Ona görə onlardan pul yığıla bilməz. Sumqayıt su akanal idarəsindən o da bildirildi ki, qəsəbənin Əliağa Vahid küçəsində kanalizasiya xəttinin yaradılması isə layihəyə salınıb. Yaxın gələcəkdə orada xəttin çəkilməsi planlaşdırılır.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











