Kəlbəcərdə şəhid olan zabitin nəşi ailəsinə təhvil verilib - FOTO

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan şəhid baş leytenant Fuad Bağırovun nəşi Şirvan şəhərinə gətirilib.
“Report”un məlumatına görə, şəhidin üçrəngli bayrağa bükülmüş tabutu bu gün ailəsinə təhvil verilib.
Onun nəşi Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, F.Bağırov ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, bir oğlan və bir qız övladı yadigar qalıb.
Xatırladaq ki, baş leytenant Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində doğulub. 2009-2013-cü illərdə H. Əliyev adına Ali Hərbi məktəbdə təhsil alıb. Rabitəçi ixtisasına yiyələnib.
Yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Davam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi ötən gün tapılıb.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












