Kiyev vilayətində 760-dan çox dinc sakinin öldürülməsi qeydə alınıb

"Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən 760-dan çox insanın qətlə yetirilməsi faktı qeydə alınıb".
Avtosfer.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebıtov BFM TV telekanalının efirində deyib. "Buçada dinc əhalinin kütləvi şəkildə öldürülməsi Ukrayna xalqının soyqırımıdır. Ümumilikdə, Kiyev vilayətində Rusiyanın təcavüzü nəticəsində ölənlərin sayı artıq 760 nəfərdən çox olub", - Nebıtov bildirib. UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, aprelin 12-də Buça şəhərinin meri Anatoli Fedoruk 403 yerli sakinin Rusiya hərbçiləri tərəfindən öldürüldüyünü açıqlamışdı. O əlavə edib ki, hələ də itkin düşmüş hesab edilən 16 nəfər var. Qeyd edək ki, aprelin 2-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyev vilayətinin azad edilməsi barədə məlumat yayıb.
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO












