Koronavirus xəstəsi bazarda tərəvəz satarkən aşkarlanıb - VİDEO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən şəhər sakini Səlimət Layıcovanın COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən mərkəzi rayon bazarında tərəvəz məhsulları satarkən aşkar olunub. Onunla profilaktiki söhbətlər aparıldıqdan sonra müalicə aldığı evə geri qaytarılıb.
Digərlərinin də sağlamlığı üçün ciddi təhlükə yaradan S.Layıcova barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı












