Koronavirus xəstəsi mağazada aşkarlanıb - FOTO
Xəbərlər
2 Fevral 2022 13:18
Oxunub 1082

İsmayıllıda koronavirus xəstəsi mağazada aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a məlumata görə, şəhər sakini Sərdar Hüseynov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisindəki mağazada aşkarlanıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan S.Hüseynov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













