Koronavirusun “omicron” ştammının ilk əlamətləri AÇIQLANDI

Cənubi Afrika Respublikası Tibb Assosiasiyasının sədri Anjelik Kutze COVID-19-un “omicron” ştammına yoluxmanın ilk əlamətlərini açıqlayıb.
Həkim qeyd edir ki, yeni SARS-CoV-2 koronavirus ştammı olan xəstələrinin heç biri qoxu itkisi kimi xəstəliyin ümumi əlamətindən şikayət etməyib.
Kutzenin sözlərinə görə, COVID-19 xəstələri arasında əsasən müxtəlif etnik mənsubiyyətdən olan gənclər var.
Onlar həddindən artıq yorğunluqdan şikayətləniblər. Həkim qoxu və dad itkisi barədə məlumat verməyib.
Onun praktikasında altı yaşlı uşağın yoluxması halı olub. Bu vəziyyətdə nəbz çox artıb, eləcə də yüksək temperatur olub.
Qeyd edək ki, həkim öz yaxınlarında xəstəliyin qeyri-səciyyəvi əlamətləri aşkar edildikdən və COVID-19 testinin müsbət çıxmasından sonra Cənubi Afrika Respublikası hakimiyyətinə növbəti mutasiya riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.
Həkimin yaxınları özlərini çox yorğun hiss etdiklərini bildiriblər. Bundan sonra qəbula gələn 10-dan çox xəstə ona oxşar əlamətlərdən şikayət edib ki, onların da əksəriyyəti sağlam kişilər olub.
Həkim ehtimal edir ki, şəkərli diabet kimi xroniki xəstəliklər, eləcə də yaşlılarda “omicron” mutasiyası ciddi fəsadlar yarada bilər.
Həkimin fikrincə, peyvənd olunmamış qocalar “omicron”a yoluxma riski altındadırlar.///lent.az
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı












