Koronavirusun "omikron" ştamının əsas yayılma yerləri AÇIQLANDI

Koronavirusun "omikron" ştamının əsas yayılma yerləri ictimai nəqliyyat və aildədaxili təmaslardır.
Avtosfer.az xəbər verir ki, bunu rusiyalı infeksionist Nikolay Malışev bildirib.
Malışev vurğulayıb ki, virusun ailə daxilində yayılması üçün onu haradansa gətirmək lazımdır. Onlar əsasən ictimai nəqliyyatda yoluxurlar.
"Bunlar dəmir yolu stansiyaları və hava limanlarıdır, xüsusən də saxlama kameralarında insanlar virusa tez-tez yoluxur. Belə ki, adı çəkilən yerlərdə həm izdiham olur, həm də insanlar maskasız gəzir", - həkim qeyd edib.
Bundan əvvəl İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin - "Rospotrebnadzor"un rəhbəri Anna Popova bildirib ki, bəzi Avropa ölkələrində olduğu kimi, Rusiyada da "omikron”un yayılma tempi aşağı düşüb. Onun sözlərinə görə, sələfindən daha yoluxucu olan "gizli omikron" BA.2 ölkədə bütün infeksiyaların təxminən 3%-ni təşkil edir.
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ











