Bakıda kişi qadını zorla maşına mindirmək istədi; DİN-dən AÇIQLAMA - ANBAAN VİDEO

Sosial şəbəkələrdə qadının fiziki təzyiq məruz qalması ilə bağlı yayılan görüntülərdə əks olunan şəxslər məlumdur. DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev yayılan görüntülərlə bağlı "Report"a bildirib ki, fakt mayın 16-da Nəsimi rayonu, Cavadxan küçəsində qeydə alınıb: "Araşdırmalarla müəyyən olunub ki, “Volksvagen” markalı avtomobilin sürücüsü əvvəllər tanıdığı 32 yaşlı qadınla avtomobildə mübahisə edib. Avtomobildən uzaqlaşamağa çalışan qadını sürücü yenidən avtomobilə qaytararaq, mübahisəni davam etdirib. Hər iki şəxs keçirilən müvafiq tədbirlərlə müəyyən olunaraq, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə dəvət ediliblər.
Hazırda Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək".
***
Bakının Nəsimi rayonunda kişi qadını zorla maşına mindirməyə cəhd edib.
Avtosfer.az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə paylaşılıb. Videonun paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi yaxınlığında qeydə alındığı iddia edilir.
Görüntülərdə kişi qadını maşına mindirir, lakin qadın avtomobildən düşərək qaçmağa başlayır və yıxılır. Qadının qaçdığını görən kişi onun arxasınca gedərək onu yenidən maşına minməyə məcbur edib. Ətrafda olan insanlardan isə bir xanımdan başqa heç kim baş verənlərə reaksiya verməyib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












