Küçədə insanlara oruclarını pozmaq əvəzində “İphone-12” təklif edənlər peyda oldu və... - VİDEO

Blogerlər vacib Orucluq ayında müsəlman dayanıqlığının qeyri-adi bir sınağını keçiriblər. Yusuf Kabani və Krestyana London küçələrində gəzərək yoldan ötən müsəlmanlardan Ramazan ayında oruc tutub-tutmadıqlarını soruşublar. Müsbət cavab verildiyi təqdirdə Krestyana həmin müsəlmana orucu buraxaraq Yusufun əlindəki butulkadan su içməyi təklif edib və bunun əvəzində ona hədiyyə olaraq yeni bir "iPhone 12 Pro Max" ayfonu vəd edilib.
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, bütün həmsöhbətlər Krestyananın təklifindən şok olublar və belə bir günahdan imtina ediblər. Bu məqamda Yusuf yeni bir “iPhone” modeli almaq üçün guya su içməyin əleyhinə olmayan təsadüfi bir yoldan keçən şəxsin obrazında ortaya çıxıb və orucunu pozmaq əvəzində ayfon almağa razılaşıb. Yaxınlıqdakı digər müsəlmanlar isə onu belə bir addımdan fəal şəkildə çəkindiriblər. Hətta pakistanlı müsəlmanlardan biri orucunu pozmadığı təqdirdə Yusufa eyni “iPhone” modeli verəcəyini vəd edib.
Sonda imanlarının möhkəmliyinə görə iştirakçılarının hər biri gerçəkdən 12-ci “iPhone” modelini hədiyyə alıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












