Kürdəmir sakinində külli miqdarda narkotik vasitə aşkarlanıb - FOTO

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Avtosfer.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) Atakişili kənd sakini, əvvəllər məhkum olunmuş Rəsulov Tural Adil oğlunun narkotik vasitələrinin istifadəsi və daşıması ilə əlaqədar məlumat daxil olub.
Məlumata əsasən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Rəsulov saxlanılıb. Onun üzərinə keçrilən baxış zamanı kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Bundan başqa keçrilmiş əməliyyat tədbirlərinin davamı olaraq T.Rəsulovun un yaşadığı evdən ümumi çəkisi 3 kq 56 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
T.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və araşdırmalar davam etdirilir.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ












