Liviyada qayıq qəzası nəticəsində 100 miqrant həlak olub
Xəbərlər
23 Aprel 2021 08:35

Aralıq dənizinin Liviyanın sahilində ayrı-ayrı ölkələrdən olan qanunsuz miqrantları daşıyan qayıq batıb.
Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “SOS Mediterranee” qeyri-hökumət təşkilatı bildirib.
Hadisə zamanı qayıqda təxminən 130 nəfər olub. Qəza yerinə “Ocean Viking” gəmisi gəlib, ancaq bir neçə saatlıq axtarışlar uğursuz nəticələnib.
Beynəlxalq Miqrasiya Təşkilatı dənizdən 100 insan meyitinin çıxarıldığını bildirib.
Qəza zonasında dalğaların hündürlüyü altı metrə çatıb, bu isə itkin düşənlərin axtarışlarını çətinləşdirib.
Qeyd edilir ki, xilasedicilər itkin miqrantların axtarışlarını davam etdirirlər.
Oxunub : 1160
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












