Magistral yollarda qışa hazırlıq başa çatıb

Azərbaycanda magistral və ucqar avtomobil yollarında qışa hazırlıq prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, magistral yollarda qışa hazırlıq oktyabrın 1-dən başlanıb:
"Agentliyin xüsusən dağlıq və dağətəyi rayonların ərazisində yerləşən məhdud məsuliyyətli cəmiyyətləri həmin ərazilərdən keçən yollarda nəzarəti gücləndirib. Aşırım hissələrdən keçən yollarda xidmət aparan təşkilatlar öncədən duz-qum ehtiyatları ilə təmin edilib, maşın mexanizmlər hazırlıqlı vəziyyətə gətirilib.
Bakıda hiss olunmasa da, ucqar ərazilərdə artıq noyabr ayından etibarən qar yağmağa başlayıb. Xüsusən də Murovdağ silsiləsindəki yollarda, Ömər aşırımında qarın yağması nəticəsində bəzi problemlər yaranmışdı ki, həmin problemlər də dərhal aradan qaldırılıb" .
A.Nəcəfli deyib ki, buna baxmayaraq, sürücülər də qış fəslinə hazır olmalı, avtomobillərini qışa uyğun olaraq hazır vəziyyətə gətirməlidir. Əks halda, bizim tədbirlərimizə baxmayaraq, nasaz avtomobillərlə küçəyə çıxan sürücülər problem yaşaya bilərlər.
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












