Malikanənin yaxınlığında gəmi saya oturdu - İstanbul boğazı bağlandı - FOTO

Qara dənizdən İstanbul boğazına daxil olan Türkiyə bayrağı altında üzən “KAPPA” adlı konteyner gəmisi Yeniköy sahilində yerləşən malikanəyə yaxın ərazidə saya oturub.
Avtosfer.az TRT-yə istinadən xəbər verir ki, hadisə nəticəsində İstanbul boğazında dəniz nəqliyyatı təhlükəsizlik səbəbindən hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
İstanbuldan İzmit istiqamətində hərəkət edən 147,87 metr uzunluğunda və 23 metr enində olan gəminin sahilə və sahil malikanələrinə çox yaxın nöqtədə dayanması ərazidə narahatlığa səbəb olub.
Hadisədən sonra Sahil Təhlükəsizliyi Baş İdarəsinə bağlı qruplar dərhal əraziyə cəlb olunub. Xilasetmə işlərinə “Kurtarma-5” yedək gəmisinin də qoşulduğu bildirilir. Qruplar gəminin təhlükəsiz şəkildə yerindən çıxarılması üçün intensiv iş aparır.
Hadisə yerində təhlükəsizlik tədbirləri gücləndirilib, ətraf ərazi nəzarətə götürülüb. Xilasetmə əməliyyatlarının davam etdiyi qeyd olunur.
Qəza və aparılan əməliyyatlar dron vasitəsilə havadan da qeydə alınıb.
Boğazda gəmi hərəkətinin müvəqqəti dayandırıldığı və vəziyyətin nəzarət altında olduğu açıqlanıb.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












